adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
01 Iyul 2021 17:17
23435
İDMAN
A- A+

Türkiyə komandası Silahlı Qüvvələr Gününə həsr edilən turnirin qalibi oldu

“Gaming League Azerbaijan” tərəfindən keçirilən 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan Во3 formatında yarışa yekun vurulub. Olimpiya sistemiylə baş tutan yarışda həm Azərbaycan, həm də Türkiyə iki komandayla təmsil olunub. Üçüncü yer uğrunda görüşdə Türkiyənin “Millennium AE” və ölkəmizin “OnlyFans” komandaları üz-üzə gəlib və qardaş ölkənin təmsilçiləri 2-0 hesablı qələbə qazanıb.

Final görüşündə “WildCats” (Türkiyə) və “Karabakh Horses” (Azərbaycan) komandaları mübarizə aparıb. “WildCats” 2-0 hesablı qələbə qazanmaqla yarışın qalibi olub.

Yarımfinal

(Türkiyə) “Millennium AE” 0:2 “Wild Cats” (Türkiyə)

(Azərbaycan) “Karabakh Horses” 2:0 “OnlyFans” (Azərbaycan)

3-cü yer uğrunda

“OnlyFans” 0:2 “Millennium AE”

Final

“WildCats” 2:0 “Karabakh Horses”

1-ci yer: “WildCats”

2-ci yer: “Karabakh Horses”

3-cü yer: “Millennium AE”

Yarışın keçirilməsində məqsəd Azərbaycanla Türkiyə arasında kiberidman sahəsində də əlaqələrin inkişaf etdirilməsindən ibarətdir. Xatırladaq ki, “Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə dəstəyilə təşkil edib.