İran həmin region ölkələrini hədələdi
“İran təkcə Hörmüz boğazında deyil, həm də Fars körfəzindən neft daşınmasında istifadə olunan digər dəniz marşrutlarında da tankerlərə zərbə endirməyə hazırdır”.
Adalet.az xəbər verir ki, bu haqda İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Möhsün Rəzayi açıqlama verib.
“Biz nəinki Hörmüz boğazından, hətta Fars körfəzindən belə bir damla neftin çıxarılmasına imkan verməyəcəyik”, - deyə o bildirib.
AMTŞ katibi izah edib ki, əgər region ölkələri ABŞ-nin İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləsələr, Tehran belə tədbirlər görməyə hazırdır. O əlavə edib ki, belə bir addım İranın maraqlarına zərər vuracaq. Rəzayi dost ölkələri ABŞ ilə müttəfiqlik etməməyə çağırıb.
Digər Xəbərlər
23 Avqust 2026 12:00
Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - VİDEO
23 Avqust 2026 09:10
Kamçatkada həmin turistlərə görə fövqəladə vəziyyət elan edildi
22 Avqust 2026 17:37
Zelenski amerikalı generalla görüşdü - “Onları almağa hazırıq”
22 Avqust 2026 17:11


Bakı -°C

