SON DƏQİQƏ:

“Barmaqla sayılacaq meyxana deyə bilənlər var”- MÜSAHİBƏ

  52698   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz şair Gülbala Dadaşdır.

-Gülbala, sizin aləmdə hazırda nə var, nə yox? Sizin aləm ona görə deyirəm ki, qəzəlxanların bu ədəbi mühitdən sanki ayrıca aləmi olur.

-Bizim aləmdə klassik və müasir ədəbiyyat var. Həm istedadlı, həm də zəngin mütaliəli adamlar var. Bunların əksi olanlar da az deyil, təəssüf ki.

-Müasir dövrdə ərəb-fars sözləriylə cəhdlər etmək nəyin sübutudur?

-Emin, bu cəhdləri belə analiz edək: Sənin dediyin ərəb-fars lüğətindən bir neçə söz əzbərləyib “mən də varam” deyənləri nəzər alsaq, heç nəyin! Yox, məşq üçün əvvəl qələmini klassik ədəbiyyat abu-havasına tam aşina edib, tədricən bu fəzada daha sadə ifadələr və təzə mənalar tapmağa köklənən şairlərdən danışırıqsa, nizamlı inkişafın göstəricisidir.

-Halbuki ana dilimizdə də “müasir qəzəl” yaradanlar var. Bu ədəbiyyatımıza daha çox xidmət edir. Bir neçə belə şair nümunələrimiz də var.

-Gözəl insan, təmənnasız xidmətlər heç vaxt qarşılıqsız qalmır.

 

Özümü heç kimin olmaq istəmədiyi yerdə görürəm

 

-Bəs, Gülbala özünü bu sahədə özünü necə görür, harda görür?

-Gülbala özünü bu sahədə Dadaş görür, heç kimin olmaq istəmədiyi yerdə.

-Nostalji olsa da maraqlı idi ki, bizdə, Gənc Ədiblər Məktəbində hər sahədən yaradıcı adam var idi. Sərbəst yazanlar, heca yazanlar, qəzəl yazanlar, nasirlər və.s.

-Bəli, yadımdadır, üzgörənlik olmasın, janrlar arasında ayrı-seçkilik salmadığının şahidiyəm. Ədiblər məktəbi sənin vasitənlə mənə də böyük təkan verdi bu sahədə.

- Meyxana da deyirsən? Meyxana sənin üçün nədir?

-Emin can, mən meyxanadan həm uzağam, həm də yaxın. Uzağam ona görə ki, meyxana deyə bilmirəm. Yaxınlığımın səbəbi budur ki, barmaqla sayılacaq meyxana deyə bilənlər var. Mənim onlarla əbədi dostluğum qaçılmazdır. Bu dostluq bağları klassik ədəbiyyata söykənir.

-İndi rastıma çıxdı. Müharibə dövründə ardıcıl vətən şeirlərin dərc olundu. Türkün tərənnümü. Qəzəldə türkün tərənnümü ayrıca təəssürat yaradır adamda.

-O dövrdə yaşadığımızı ifadə etməyə çalışırdıq. İkinici Qarabağ müharibəsi bizim şanlı tariximizdir, cənab-leytenant.

 

Çox etdi hücum üstünə alçaq-yağı türkün,

Alçalmadı, yüksəldi fəqət bayrağı türkün!


 

Türk oğlu edir canını qurban vətən üçün,

Yoxdur yer üzündə biliniz, qorxağı türkün!


 

Bir qəlbi param-parça edib böldülər Allah,

Olmuş bu cahanın solu türkün, sağı türkün!


 

Var hardakı türk məmləkəti, öz vətənimdir!

Çünki mənə birdir dili tək torpağı türkün!

 

Can-Azəribaycanı canı Dağlığ-qarabağdır

Çoxdur qarabağ tək ürəyində dağı türkün!


 

Ey erməni namərdləri, ən yaxşınız hətta,

Heç vaxt ola bilmez "atılan-dırnağı" türkün!

 

Türkün xoş olarkən günü, Türkün günü xoşdur,

Pis gündə də türk oldu Dadaş, ortağı türkün!

 

-"Yollar vətən, insanlar vətən, hər şey vətən və Allah da vətəndir" deyirsən...

-O şeiri müharibədən çox əvvəl yazmışam. Uğurlu yaradıcılıq nümunələrimdən biridir.

 

...Allah - vətən

Savab - vətən

Günah - vətən

Bu gün - vətən

Sabah - vətən

sağ ol ana

salam Vətən...

 

-Sənin sərbəstdə bir neçə şeirini oxumuşdum. Deyəsən, Yusif peyğəmbər haqqında idi. Qəzəl yazmağına baxmayaraq deyərdim ki, sərbəstdə kifayət qədər uğurlu cəhdlər etmisən. Bəlkə Yusif peyğəmbər sənin elə mayakındır? Sənin ədəbiyyatda, janrlarda hansı səmtə yön almağına bir işıq tutur? Bəlkə buna bir də belə baxasan?

- Hz.Yusif mənim təkcə sərbəst vəzndə yazdığım şeirlərimin deyil, əruz və heca vəznində olan bir neçə şeirimin də göz bəbəyidir.

-Kitab barədə nəsə düşünürsən?

-Demək olar ki, hazırdır, çox az işi qalıb nəşriyyata təqdim etməyə.

-Yasamalda kiçik bir köşən var. Bir çox şair və yazıçıları tez-tez orda görürəm. Çox müsbət aura yaradır. Klassik şərqin meyxanələrini xatırladır. Bir növ ocağa çevirmisən...

-Rejissor Mahir Dərvişin bədii tərtibatı ilə "Əruz Xanəgahı" adıyla fəaliyyətə başlamışıq. Elman Nadim, Pünhan Azim, Seyyid Əsri, Vəlixan Abdullayev və mən. Qapımız bütün həqiqi ədəbiyyat adamlarının üzünə açıqdır.

 

Söhbətləşdi: Emin Piri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK