adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Iyun 2021 13:39
23274
ŞOU-BİZNES
A- A+

 Elnarə və Röya arasında buzlar əriyir,  münasibətlər isinir, amma... 

Bir neçə il əvvəl Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilən müğənni Elnarə Xəlilovanı pərəstişkarı yaxşı tanıyır və sevir. Müğənni olmasından başqa həm də ana olduğunu bilirik. Bildiyiniz kimi telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər  Öndər, Ərtoğrul adlı 3 oğlu var.

Bu günlərdə Elnarə xanım yeni bir açıqlama ilə gündəmə gəlib.

 

Adalet.az xəbər verir ki, "Dəyişən cavab" proqramına dəvət olunan müğənni proqramında: "Münasibət yoxdursda, yoxdur. İllərdir bir-birimizdə telefon nömrəmiz yoxdur. Bayramlarda, ad günlərində təbrik yazmırıq"-deyə açıqlama edib.

Sənətçi "W-trio" qrupunun keçmiş solistləri Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibidən danışaraq söyyləyib ki,heç biri ilə küsülülüyüm yoxdur:” Amma münasibət də yoxdur. Mənim paxıllıq etməyim üçün səbəbim olmalıdır. Dünyada nə var ki, məndə yoxdur? Röyada nəsə olmalıdır ki, ona paxıllıq edim. İki ali təhsilim, dörd övladım, dərs dediyim məktəb var. İstədiyim hər şeyi əldə etmişəm. Səbəbim yoxdur ona paxıllıq edəm.

Üçümüz də müğənniyik, sevilirik, niyə müharibə edək ki? Səbəb görmürəm buna. Yaşca onlardan böyüyəm. Amma barışığa cəhd etməmişəm. Hazırda Röya məni "blok" edib. Onun paylaşımlarını görmürəm, demək ki, "blok"dayam. Bəlkə də, fərqli düşüncələrimizə görə Röya və Natavandan uzaqlaşdım. Həyat bizi ayırdı".

Proqramın aparıcısı məşhur stilist Anar Ağakişiyev Röyaya zəng edərək onu Elnarə ilə barışdırıb. Röya da Elnarənin onu İnstaqramda qara siyahıya saldığını iddia edib.

Yəqin ki. yaxın günlərdə tərəflər yeni açıqlamalar ilə çıxış edəcəklər.

Əntiqə Rəşid