SON DƏQİQƏ:

“İnsanlar komediyalardan qaçır”- MÜSAHİBƏ

  72115   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz məşhur mahnı mətnlərinin müəllifi, şairə Sairadır.

 

Yoldaşım özüm olmağa icazə vermirdi

 

-Bir gün Səyyarə Sairaya çevrildi. Nə səbəb oldu buna?

--Hadisələr, insanlar. Özümü və taleyimi başqalarının əlindən aldım və özümü yenidən yaratdım. Hər şey təkcə adla bitmir. Saira başlanğıcın adı oldu.

 

-Hit olmuş mahnıların müəllifisiniz. Amma mahnıların populyarlığı sizin adınıza sirayət etməyib.

-Çünki o zamanlar ailə vəziyyətimə görə çox ağartmırdım. Yoldaşım icazə vermirdi. Ümumiyyətlə, mənim mən olmağıma icazə vermirdi. İndi isə yenə də kiçik təvazökarlıq deyək buna. Yəni, özümü tərifləməyi sevməməkdən irəli gəlir.

 

-Hansı müğənnilərlə çalışmaq sizə çətin olub?Yəni, peşman olmusunuz...

-Mənimçün çətin müğənni yoxdur. Çox zaman aranjimançılarla çalışıram. İlhamə Quliyeva ilə Nadir Qafarzadə arasında bir mahnımın üzərində kiçik mübahisə var idi, sonda mahnını Vüqar Muradov oxudu. O da heç istədiyim kimi daşıya bilmədi, mahnı üzə çıxa bilmədi. Kaş, İlhamə Quliyeva oxuyardı deyə heyfsilənirəm.

 

 

Öyrəndiklərim mənə zövq verirdi.

 

-Ssenarilər yazmısınız.Seriallar, filmlər...

- Bəli, o sahədə də özümü sınamışam. Kiçik ssenarilər, skeç, dialoqlar yazırdım. Bacanaqlar yeni başlamışdı. Uşaqlara dialoq təklif etmişdim Elməddin Cəfərova. Bəyənmişdi. Rəsmi çalışmaq istədikdə yenə yoldaşım icazə vermədi, ordan da qaldım yarımçıq. Ara-sıra “Comedy Baku” üçün kiçik skeçlər yazırdım. Heç düzünü desəm gedib izləməyə də icazəm yox idi evdən... Sonra Vaso Qarayevlə tanışdıq bir sosial şəbəkədə. Yazmağa meylim olduğunu bildi. Bir roman yazdım, bəyəndi. Sonra mənə kinoşunaslıq haqda dərslər verdi. Hətta serial çəkirdi. Mənə kiçik sinopsisini verdi, onun əsasında serialın bütün ssenarisini mən yazırdım. Bəyənirdi..Kulminasiyada bitirmək hər bölümü, həyəcan biraz yumor qatmaq. Tam mənə etibar etmişdi. Serial maliyyə üşün sponsor tapılmadı deyə qaldı, amma öyrəndiklərim mənə zövq verirdi.

 

-Seriallarımız haqqında tənqidləri tərifdən daha çox eşidirik.Nə çatışmır? Ssenari, aktyor, ya rejissor işi?

-Ümumiyyətlə, musiqi aləmində də kino aləmində də indiki çalışdığım marketinq aləmində də hər şey tamaşaçının, potensial alıcının zövqünə uyğundur. Mən rejissorlardan şikayət etmirəm, çox da gözəl rejissorlarımız var, aktyorlarımız da var, əjdaha ssenarilər də var.Elə özümdə iki seriallıq ssenari var, amma bununla əlaqədar sponsor tapa bilmirəm. Bizim seriallar indi-indi dərinləşməyə, maraq yaratmağa başlayır. Ümid edirəm, kino aləmi də belə olar. İnsanlar artıq komediyalardan qaçır. Psixoloji və dramalara üstünlük verirlər. Çox guman ki, pandemiya da buna biraz təsir edir.

 

- Bəzən Ramiz Rövşən havasıyla yazmaqda sizi ittiham edirlər.

-Keçən dəfə bir məclisdə məni bir tanınmış iş adamına təqdim edəndə şerimi dedim. Mən şerimi başladım, adam davam elədi sonra dedi siz gözəl xanımsınız, niyə yalan danışırsınız ki, bu şeir sizindir. Bu, Ramiz Rövşənin şeiridir. Sonra mən qaldım qıraqda məni tanıyan dostlar ona sübut etdilər. Səbəb odur ki, mən bununla qürur duyuram. Ramiz Rövşənin bütün şerlərini sevirəm. Ən çox sevdiyim, şeirlərilə ruhumdan xəbər verən şairdir. Şeirlərimi ona oxşatmağa çalışmıram, sadəcə mən misralarda qafiyələri qırmadan basit dildə deyilməsini sevirəm. Yəni, baxırsan şeirdir, qafiyələri də var, amma elə bilirsən adam sənlə danışır, bədii yox səmimi şerlərdir.

 

-“Comedy club”a da ssenarilər yazmısınız. Onların gələcəyini necə görürsünüz? Sıradan gündəmə uyğun əyləncə xarakterli, ya?

- Azərbaycanda ikinci Anar Məmmədxanov kimi insan olsa “comedy club” sahəsi də yenidən canlanacaq. Çünki maddi dəstək böyük amildir bir sahənin güclənməsinə və şaxələnməsinə.

 

 

Ailə həyatı mənə mane oldu

 

-Sizinlə danışdığım qədər ailə həyatını qadınların yaradıcı həyatına mane olur...

-Başqa qadınları deyə bilmərəm, amma mənə mane oldu. Amma bir insanın içindəkiləri sıxmaqla deyil. Qızıl qəfəsdən çıxıb yenə yaradıcılığa qayıtdım. İnsanın ruhunu dəyişmək mümkün deyil. Yaradıcılıq mənim ruhumdadır. Hansı sahədə çalışsam yenə o sahəni yaradıcılıqla əlaqələndirəcəm, kreativ yanaşacam və fərqli yol çizəcəm. Necə ki, Namiq Qaraçuxurlu meyxanaya yeni nəfəs gətirdi, necə ki, Hüseyn Dərya repə yeni nəfəs gətirdi, necə ki, Pərviz Bülbülə meyxananı musiqiylə cütləşdirdi.

 

- Türk, ingilis, rus dilində də mahnı sözlıri yazırsınız.

-İngilis dili təhsilim olduğuna görə, rus dilinə və türk dilinə mükəmməl sahibləndiyimə görə bu dillərdə daha çox sözlər istəyirlər məndən. Azərbaycanca olan mahnılarda da ingilis və digər dillərdən sözləri işlətməyi sevirəm. Məsələn, Nadir Qafarzadə- Pardon.

 

-Bu qısa həyatı bütün bunlara həsr etməyə dəyərmi? Bəlkə də bir sevgi, huzur tapdığın birinin yanı bütün bunlardan üstündü...

-Bu qısa həyatda bütün bunlarla qəbul edən,daşıya bilən insanın yanında huzur tapmaq istəyirəm.Sabah ölsəm,dünyadan köçsəm məndən geriyə mahnılar, şeirlərim qalacaq.Bəs,mən nə qazandım desəm bu suala cavab tapmamaqdan qorxuram.Çünki hələ özümü görmək istədiyim yerə çatmamışam. Hələ istədiyim həyatı yaşamıram.Ümid edirəm,yaşayacam.

 

Söhbətləşdi: Emin Piri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK