adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 May 2021 17:07
15369
GÜNDƏM
A- A+

Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlərin təyin edilməsi məsələsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, komitə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi; Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar müzakirə olunub.

Müzakirələrdən sonra baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.