adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2021 12:18
34268
DÜNYA
A- A+

Polşada rus cəsusu tutuldu

Polşada Rusiya kəşviyatına işləməkdə təqsirli bilinən 43 yaşlı kişi həbs edilib. Polşa Daxili Təhlükəsizlik Agentliyinin mətbuat xidmətinin saytında yazılan məlumatlara görə o, Polşanın hərbi strukturları və Rusiya əleyhinə təbliqat aparan vətəndaşları barədə topladıqları materialları Rusiyanın xüsusi xidmət orqanlarına  ötürməkdə günahlandırılır.
 

Əməliyyat 5 mayda aparılıb, məhkəmə 3 aylıq həbs qətiimkan tədbiri barədə qərar qəbul edib. İstintaq Milli Prokurorluq tərəfindən aparılır. İstintaq materialları tam məxvi qaydada aparılsa da, həbs edilən 43 yaşlı kişinin artıq günahlarını boynuna aldığı bildirilir.
  
Rüstəm Hacıyev