adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2021 14:22
20117
GÜNDƏM
A- A+

“Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb” Rusiya MN

Rusiya sülhməramlı kontingenti tərəflərin sərhəd xəttində atəşkəs rejiminə riayət etməsi və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər müşahidə ediıməyib.

"Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir", - deyə məlumatda vurğulanıb.