adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2021 09:00
23463
SAĞLAMLIQ
A- A+

Bioloqdan xəbərdarlıq: “Koronavirus insan ömrünü qısaldır”

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə 1,2-2 ilə qədər azalıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

Onun sözlərinə görə, koronavirus bir dəfədən artıq yoluxmanın mümkün olduğu sistemli xəstəlikdir.

“Koronavirus xəstəliyinin hər epizodu az-az həyatın uzunluğuna təsir edir. Bəzi hallarda isə heç də az deyil, əhəmiyyətli dərəcədə ömrü qısaldır”, - deyə o, ABŞ-la bağlı statistikaya istinad edərək vurğulayıb.

Mütəxəssis həmçinin insanın növ olaraq ömrünün qısalığı məsələsinin alimləri düşündürdüyünü əlavə edib.