adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Aprel 2021 13:55
30288
SAĞLAMLIQ
A- A+

Azərbaycanda nazir koronavirusa yoluxdu

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. 

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk.