adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Aprel 2021 10:31
18051
MƏMLƏKƏT
A- A+

Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı

Saatlı və Zərdab rayonlarında polis silahlı şəxslərə qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Azadkənd sakini S. Orucovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov silahı aşkar edilərək götürülüb.

Bundan başqa Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri Ş. Musayev və B. Nuruyev ov silahlarını könüllü olaraq RPŞ-yə təhvil veriblər.