adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2021 19:04
24576
HADİSƏ
A- A+

Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb

Misirin paytaxtı Qahirənin şimalında Qalyubia əyalətində sərnişin qatarı relslərdən çıxıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 97 nəfər yaralanıb. Ölən yoxdur.

İlkin məlumatıara görə Tux yaşayış məntəqəsində baş verən hadisədə naməlum səbəblərdən qatarın 8 vaqonu relslərdən çıxıb. Hadisə yerinə 50-dən çox təcili yardım cəlb olunub və xilasetmə əməliyyatını yerində nəzarət etmək üçün Səhiyyə Nazirliyinin rəhbəri Xala Zayed gəlib. Müstəntiqlər istintaqa başlayıblar.