adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Aprel 2021 18:24
22837
DÜNYA
A- A+

Avropadan daha 18 azərbaycanlı deportasiya olundu

Belçika və Niderland krallıqlarında qanunsuz yaşayan müxtəlif millətdən miqrantlar növbəti dəfə deport olunub.

Adalet.az report-a istinadla xəbər verir ki, bunlardan 18-i azərbaycanlıdır.

Azərbaycanlılardan 11-i Belçikadan, 7-si isə Niderlanddan deportasiya edilib. Deporta səbəb qeyd olunan ölkələrdə saxta məlumat və sənəd əsasında yaşama olub. Yerli orqanlar tərəfindən bu, aşkar edilib və deportasiya qərarı verilib.