"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
Prezident İlham Əliyev Azərbaycanın öz intiqamını, qisasını döyüş meydanında artıqlaması ilə aldığını bəyan edib.
Adalet.az xəbər verir ki, bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident deyib ki, bütün əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, Azərbaycan Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmayıb:
"İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq".
Digər Xəbərlər
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
15 Sentyabr 2026 14:48
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov
15 Sentyabr 2026 13:21


Bakı -°C

