Kobud qayda pozuntularına qarşı mübarizə...
Heç kimə sirr deyil ki, şəhərlərdə və respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyini bir qayda olaraq yol polisi təmin edir. El arasında belə bir deyim də var:" Yol polisi olmasa, sürücülər bir- birinə qənim kəsilər". Bu deyimdə böyük həqiqət var.
Çünku harda yol polisi və radar yoxdursa , həmin yerlərdə bir qayda olaraq sürücülər yol hərəkəti qaydalarını kobud surətdə pozurlar. Ona görə də bu anlarda bir çox halda ağır qəzalar qaçılmaz olur! Bunu heç kim bilməsə də , sürücülər daha yaxşı bilirlər. Respublikanın avtomobil yollarında isə belə qanun pozuntusuna tez- tez rast gəlmək mümkündür. Bir mənalı olaraq deyə bilərik ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının tağımlarında bütün qayda pozuntularına, o cümlədən kobud qayda pozuntularına qarşı cıddi mübarizə aparılır qabaqlayıcı profilaktik tədbirlər görülür.
Belə ki, stasionar postlarda sürücülər saxlanılır, onlarla maarifləndirici söhbətlər aparılır, spirtli içkilər qəbul etməməyi , sükan arxasında yorğun olduqda əyləşməməyi tövsiyə edirlər. Yol polisi əməkdaşlarının sürücülər arasında belə səmimi və maarifləndirici söhbətlər aparması onların təhlükəsizliyinə xidmət edir , baş verə biləcək yol-nəqliyyat hadisələrinin,eləcə də ölümlə nəticələnən faktların qarşısının alınmasında əsaslı əhəmiyyət kəsb edir. Bütün bunlara görə yol polisinə hərəkət iştirakçıları həmişə minnətdarlıq edirlər.
Amma Yol Patrul Xidməti Alayının elə tağımları da var ki, orda sürücülərlə, hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər günün tələbləri səviyyəsində təşkil edilmir, yol -nəqliyyat hadisələri baş verməməişdən öncə qabaqlayıcı tədbirlər həyata keçirilmir!.Bu isə son nəticədə qayda pozuntusuna qəzaların artamasına gətirib çıxarır. Bir neçə tağım komandiri tapşırılmış işi yüksək səviyyədə yerinə yetirmir və onların xidmət etdiyi avtomobil yolunda ağır qəzalar baş verir. Belə ki , Alayın 1-ci, 3-cü, 6-cı, 12- ci tağımlarında hərəkətin təhlükəsizliyinin təşkilində nöqsanlara yol verilir .
Sərxoş sürücülərə və sərisindaşınmaya qarşı mübarizə günün tələbləri səviyyəsində deyil! Xüsusilə də sərxoş sürücülərlə mübarizə zəifdir. Hər halda , bu nöqanlara baxmayaraq, əksər tağımlarda hərəkətin təhlükəsizliyi yüksək səviyyədə təşkil edilir, yol- nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bütün bunlar onu göstərir ki, öz işinə vicdanla, məsuliyyətlə yanaşan yol polisləri çoxdur! Amma hərəkətin təhlükəsizliyində sürücülərn də üzərinə böyük məsuliyyət düşür. Gərək onlar da bu məsuliyyəti heç vaxt unutmasınlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
15 Sentyabr 2026 16:16
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
15 Sentyabr 2026 15:31
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
15 Sentyabr 2026 15:27
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub
15 Sentyabr 2026 14:20


Bakı -°C

