adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Aprel 2021 15:21
28225
MƏMLƏKƏT
A- A+

Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək

Füzulidə ermənilər tərəfindən dağıdılmış “Araz” qəzetinin redaksiyası bərpa ediləcək.

Adalet.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, əsası 1931-ci ildə Füzulidə qoyulmuş “Araz” qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub:

“Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik”.