adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Aprel 2021 12:58
30073
SİYASƏT
A- A+

Naxçıvanla Fransa arasında əlaqələr müzakirə edilib

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycandakı səfiri Zakari Qrosla görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə nümayəndəliyin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması müzakirə olunub.

Tərəflər, həmçinin Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, arxeologiya, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət sahələrində əlaqələr, rəsmi səfərlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.