adalet.az header logo
  • Bakı 7°C
10 Aprel 2021 14:57
38235
SİYASƏT
A- A+

Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman deyib.

H.Hacıyev bildirib ki, işğaldan azad edilən Şuşa şəhəri daxil olmaqla, digər ərazilərimizdə maddi və mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb: “Hesab edirəm ki, bu həqiqətlərin daha geniş dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə səylərlə çalışmalıyıq”.