adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Aprel 2021 12:22
42227
ŞOU-BİZNES
A- A+

“Nəfəs darlığım vardı” - VİRUSA YOLUXAN ÇELİK

Bütün dünyanı ağuşuna alan koronavirusa müğənni Çelik də yoluxub.

Adalet. az saytı xəbər verir ki, ifaçı 15 gün müddətində xəstəxanada olduğunu dilə gətirib və hazırkı vəziyyətinin stabil olduğunu qeyd edib.

İnstagram hesabından yaşadıqlarını bir-bir izləyicilərinə izah edən müğənni bunları yazıb: “Ağciyərlərimi tomoqrafiya etdirdim və nəticə etibarilə mənə COVİD-19-a yoluxma diaqnozu qoyuldu. 15 günü xəstəxanada keçirdim. İlk günlər halsız idim, qızdırma, nəfəs darlığı vardı, amma indi yaxşıyam. Müalicəmi bitirmişəm və karantin müddətini də tamamlamışam. Hətta bir-iki gün sonra canlı yayım açıb sizə nələr yaşadıqlarımı daha ətraflı izah edəcəm”.

Rövşən Tahir