SON DƏQİQƏ:

"Rəsm sonradan qazanılan bacarıqdır" - MÜSAHİBƏ

  82789   |  
Şriftin ölçüsü  

Rəssam, keramikaçı Nəzrin Mirverdiyeva Adalet.az-a müsahibə verib.

- Nəzrin, şairlik, yazıçılıq deyirlər, daha çox fitrətdən gəlmədir, anadan belə doğulursan. Bəs, rəssamlıq necə, o da belədir? Yoxsa, sonradan öyrənmək də olar? Sözün sərhədi yoxdur, bunu öyrənmək olmur. Rəsmin varmı?

- Əslində, bu da insanın fitrətində anadan gəlmə olmalıdır. Amma bir insanın həvəsi və istəyi olduqdan sonra hər şeyi bacara bilər, məncə. Və belə bir tələbəm var ki, əvvəldən heç vaxt rəsmlə məşğul olmayıb, amma artıq şəkillər çəkməyə, boya ilə işləməyə başlayıb


 

- Onda belə çıxır ki, istənilən insanın həvəsi olsa, sadəcə dərs almaqla çəkə bilər? Sonradan qazanılan bacarıq deyəkmi daha çox, yoxsa, heç məşğul olmayan insanın içində azda olsa rəssamlıq var və bu üzə çıxır?

- Sonradan qazanılan bacarıqdı. Bəlkə də, çoxu qatılmıyacaq buna, amma “mən bir çöp adam çəkə bilmirəm” deyən insanların bir müddət sonra çox qəşəng şəkillər ortaya çıxardıb.

- Söz elə bir şeydir ki, istənilən zaman yazmaya da bilərsən. İstəyərsən yazasan, amma hisslərin imkan verməz. Rəsm necə? Bacarırsansa, istənilən vaxtı əlinə alıb, elə istədiyin rəsmi çəkmək olur? Yoxsa, burda da söz sənəti kimi hiss, duygu məsələsi var?
 

- Rəsm elə bir şeydi ki, gərək əlin tez-tez işləsin. Bir müddət heç bir şey çəkməsən, sonradan ancaq çətinlik "çəkirsən". (Gülür) Və əgər rəsm çəkmək istədiyin vaxt kefin yaxşı deyilsə, sən rəsmə rəngarəng, sevgi dolu heç nə çəkə bilməzsən. Hiss, duyğunu ancaq söz sənətində yox, elə rəsmlə də ifadə etmək olur.


 

-Siz həm də heykərtaraşlıqla məşğulsunuz. Bu barədə danışaq bir az... Nə düzəldirsiz, əsas işiniz nədən ibarətdir?

- Heykəltəraşlıq deyəndə ki, Keramikaçıyam. Bəzən “keramikaçı” deyəndə, çoxu anlamır. Dipçəklər, qablar, heykəllər, mazayka və kaşı. Bir çox şeylər hazırlaya bilirəm.

- Yəni, hazırda da bu işlə məşğulsunuz?

- Bəli, daha çox bu işlə məşğul oluram.


 

- Tələbat varmı? Deyəsən, keramikaçılar azlıq təşkil edir...

- Mən özüm ancaq beton dipçəklər üzərində işləyirəm. Fərdi və online bir işdir. Amma bəzi işlər var, sadəcə, pandemiyaya görə qalıb. Keramikaçılar azlıq təşkil edir deyəndəki bu sahə üzrə kurslar var və bəziləri fərdi işləyir.

- Siz daha çox rəsmdən dərs deyirsiniz, yoxsa keramikaçılıqdan?

- Hal-hazırda rəsmdən. Keramçılıqla ayrıca məşğul oluram, məsələn, dibçəklər düzəldirəm və.s

- Ədəbiyyatda maliyyə məsələsi bir az azdır, çətindir, rəssamlıqda necə? Bu da rəssamdan rəssama dəyişirmi? Məsələn, yaxşı şairin kitabı çox satılır, amma rəssamlar çox vaxt narazılıq edir ki, çox möhtəşəm əsər satılmır. Həm də, insanları sözə yönəltmək olur. Bəs, rəsmə? Bunun üçün nəsə etmək lazımdır? Təbliğat olaraq. Və nə etmək olar ki, insanların rəssama, şəkilə marağı artsın?

-Bir çox insanlar rəsmə dəyər vermir. Sadəcə, rəsmə baxır, zövqünü oxşayır və qiymətə gələndə isə üzünü turşudur ki “bu nə qiymətdi”. Rəsmdə ideya var, günlərlə, hətta aylarla olan əziyyət var. Rəsm, heykəl və s. əl əməyi olan heç nəyin ucuz satılmağını da düzgün hesab etmirəm. Və bəli, rəssamdan rəssama dəyişir. Elə rəssamlar var ki, zövqləri sadəcə çox az kütlənin zövqlərinə uyğun olur. Və məncə, yeni-yeni rəsmlərə həvəs artıb insanlarda.Təbliğat olaraq zatən ətrafda istedadlı insanlar çoxaldıqca, bəzi insanların gözləri açılmağa başlayır. Yavaş-yavaş rəssamlara və rəsmlərə həvəs artıb deyə bilərəm indi.

-Bəs, dünyaca məşhur rəssamların əsərlərində bəzən görürük ki, çox xırda, adi bir şey milyon dəyərindədir. Məsələn, rənglərin qarışığı. Hamısını bir birinə qatıb, yaxud, sadəcə xəttlər çəkib. O rəsmlərdə də nəsə bir mesaj olur, yoxsa, rəssamın öz adına, məşhurluğuna görə, ümumi psixologiya görə? Guya burda nəsə var, hər adam başa düşməz kimi..

-Bəli, onlar sadəcə həmin rəssamların adı var deyə bahalı satılan əsərlərdir. Düzdü, bir fikir var və nəsə bildirmək istəyib, amma boş kətanın ortasına bir nöqtə qoyub, sonra onu neçə milyon dollara almaq...Bu, sadəcə göstəriş üçündür

- Əl işlərinizdən ibarət sərginiz olub, yaxud olacaqmı? Fərq etmir heykəltaraşlıq olsun, ya da rəsmlər.

- Rəssamlıq Akademiyasında keçirilən sərgilərdə bir neçə dəfə əl işlərim olub. İşlərimi böyüdəndən sonra yeni bir sərgi keçirmək fikrim var.

- İşlərinizdə uğurlar arzu edirik, müsahibə üçün də təşəkkürlər.

Söhbətləşdi: Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK