SON DƏQİQƏ:

Adı da özü kimi Paşadır - Kamalə Abiyeva yazır

  38770   |  
Şriftin ölçüsü  

Hər kəs adına bənzəyir deyirlər, ya da hər kəsin adı özünə uyğun olur deyirlər.
Fikir verin, adı ilə uyuşmayan adamlar mənasız olur. Mane olur hamıya.

Hadisələr təyyarədə - göydə baş verir. Necə baş verir? Niyə təyyarə-göy? “Azərbaycanın ilk miniatür romanı” adlandırılıran “Qara su” niyə gedib oralara? Müəllifin səbəbini dəqiq deyə bilmərəm, amma göylərdə sonsuzluq var, insan düşüncəsi kimi. Hara istəsən, gedə bilirsən. Geçmişə, gələcəyə, sağa, sola... Kimi istəsən, onun yanında olursan... Uçursan, xəyallardakı kimi... Bir də qorxu hissi var: birdən yerə düşərsən, paramparça olarsan. Göydə dayaq nöqtəsi yoxdu. Səni ucalıqdan yerə çırpan nə ola bilər? Bir-neçə saatda bütün yaşadıqlarına baş vurarsan. Səhvlərini görərsən. Hər gördüyün səhvin səni yerə çırpar. Hər günahın yadına düşmür sadəcə, elə bil sən də təyyarədən yerə düşürsən. Bəlkə “özünüzə diqqətlə baxın. Baxdığınızı görün” deyir bizə gözlərin həkimi (hakimi) Paşa Qəlbinur? Həkim – yazıçı “Qara Su”da pul və sağlamlığın hakimidir. Kim qazanacaq? Pulu olan bəy Qasım və pula ehtiyacı olan Aydın? Bəy Qasıma sağlamlıq nə üçün lazımdı- yaşamaq üçün. Yaşamaq nə üçün lazımdı - pul qazanmaq üçün.(?) Aydına pul həqiqəti almaq üçün. Ağırdı. Labirintə düşürsən, çıxmaya da bilərsən. Başqalarının haqqını oğurlamaqla qazanılan pula sağlamlığını satıb haqqı olan həqiqəti alacaq Aydın.

“Qara su” çoxdan yazılıb, illər öncə oxumuşam. Amma arada vərəqləyirəm. Bilmirəm, “Qara su” nu anlamaq üçünmü? Bəy Qasımın gözündəki su qaradımı? Ya hər birimizin “Qara Su”yu var? Ömrümüzə damcılayırmı? Bizim də “Qara Su” kimi kiminsə həyatına damcıladığımız olurmu?
Romanda böyük məsələlər yer alır. Cəza, cəzasızlıq, günahlar, səhvlər, pul, kasıbçılıq, həqiqət, yalan, nifrət, sevgi ... hamısı var. Vətənin dərdləri, özümüzün tariximizə vurduğumuz şillələr...

Təyyarədən-göydən görünür hər şey. Bəlkə ayağımız torpaqdan üzüləndə müəllifin dediyi kimi hər kəs “öz tənha kədəriylə qolboyun” olur?

Bəlkə də sevgisizlikdə yaşayan Bəy Qasım kimi uzaqdan da olsa sevginin səsini eşidirsən? Ya da heç eşitmək istəmirsən.”Onun kimilərə sentimentallıq (sevgi) gərək deyil. Bu onlara mane olur. Sevgisiz yaşamaq daha rahatdı. Asandı...Vicdanı olmayan kimi...”

Özü də adı kimidir: Paşadır.

Baxışların sehri, əllərin, güllərin, dənizin sehri... Sözün sehri də deyirik. Mən onun insan kimi sehrinə düşmüşdüm ilk öncə. Şəmkirin Çinarlı qəsəbəsi var, orda dünyaya gəlib Paşa İsmayıl oğlu Musayev. 80-ci illərdən tanıyıram. O vaxt üzvü olduğumuz ədəbi birliyə gələnlərin hamısı yazıb-pozurdu. İlk təəssüratlarımız görünüş, davranışla yaranırdı. Həmin illərdə, konkret 1983-cü ildə Ümumittifaq Komsomol mükafatından, elmi işlərindən, həkim kimi uğurlarından xəbərim yoxdu. Şeir, ya hekayə yazdığı üçün özündən razı halda gəlib - gedənlərdən fərqli idi: sakit, təmkinli, nurlu, yumşaqsəsli... Həm də bu fərqliliklə yaşam çətinliyinin fərqindəydi:

Səbrimin içində boğuldum, Allah,
Bu qədər səbiri niyə vermisən?
Qəbrimin içində doğuldum, Allah,
Dənizi qurumaq üçün sərmisən.
sağımdan, solumdan keçdi güllələr
heç biri, heç biri məni saymadı.
Sağımda, solumda uca pillələr
məni sinəsinə yaxın qoymadı.

Bir də hərənin öz ətri var. Onun da “İdrak ətri”kimi. İdrak ətrini duymaq üçün “İdrak ətri”ni də mütləq oxuyun. Bu idrak ətrini duymaq o qədər gözəl ki. Havamıza “İdrak ətri” qatanlar o qədər xoşbəxtdilər ki! Gözəlliyi görənlər var nə yaxşı ki.
Paşa kimi.

Kimi gördüm boynunun əyriliyindən dedi
mən səni gözlərindəki xəyala görə sevdim...

Onu illər öncə şair kimi tanımışdım. Nəsrini sonralar oxudum. Heyranlıqla oxudum.

Həkim olmaq istəyən ən çox məntiq, qavrama tələb edən fizika, kimya, biologiya kimi bəşəri elmləri bilməlidir. Və burda riyazi biliklər də bünövrə olur. Təkcə insan gözünü, xəyalın alınmasını 50 şagirddən 5-i güclə qavrayır. Elmi təfəkkür bir ayrı gücdür. Bu güc təkcə alim – cərrah kimi fəaliyyətində deyil, yazılarında da özünü göstərir. Üslub, dil, bədii təsvir, poetik təfəkkür və s. yaradıcılıq göstəriciləridir sözsüz, amma bir də elmli bədii təfəkkür var. Bir musiqi parçasına, bir tabloya, həyatından keçən birinə yazdığı essedə, publisistik yazıda, şeirdə bunu hiss edirsən.

Gözlər mavi, qonur, göy...

Bəbək niyə bir rəngdi?
həyatın son nöqtəsi
ya onunla həmahəngdi?
Əgər sonudursa o,
niyə bir yox, ikidi...

Yaratdıqları ömrümüzə nur qatır. Qaranlıqdan çıxarır “Ürəyim əlləri qabarlı fəhlədir” deyən Qəlbinur.

Məni imtahana çəkir taleyim –
Suda balıq olub qarmağı görəm...
Məni imtahana çəkir taleyim –
Ov olub tətikdə barmağı görəm...

Şeirləri, nəsri bir çox dillərə tərcümə olunub. Kitabları bir çox ölkələrdə nəşr olunub. Həkim kimi, alim kimi uğurları da kifayət qədərdir. Amma o qədər təvazökardı! Yanına gedərsən, səni elə qarşılayar, elə diqqət göstərər ki! Təkcə yazı adamı, alim-həkim kimi fərqli deyil Paşa Musayev. İnsan kimi fərqlidir; nə puluna, nə vəzifənə baxmaz, özüm şahidəm. Başqaları kimi deyil: özünə, sözünə dəyər verər. Özü böyükdü deyə, tərifləməkdən çəkinməz, həqiqəti deməkdən, şeirini, yazını tərifləməkdən zövq alar. Niyə paxıllıq etsin ki?!...Sən ona baxanda düşünürsən ki “mən nə etmişəm”?

İşıqlı adam, İşıq adam Paşamız deyir ki:

Yağış yuya bilməz dünyanı, Vallah, İşıq yuyar.
Gözəlliyi göz oxşayar.
Dünyanın gözümüzü oxşayan gözəlliyi həm də gözəl insanlardı Paşa kimi. Çox yaşa Paşam!

P.S. “Qara su” 10 il bundan öncə çapdan çıxıb. Bir xeyli yazılar da olub. Bəlkə yazını oxuyanda kitabdan 10 ildən sonra bəhs etdiyim üçün təəccüblənənlər də olacaq. Bəlkə Paşa Qəlbinur da yazını oxuyanda təəccüblənəcək. Nə yaxşı olar! Bu təəccüb 30 mart doğum günündə ona hədiyyəm olar.

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK