Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri dəyişib.
Adalet.az azvison.az-a istinadən xəbər verir ki, bu barədə qərar YAP-ın bu gün keçirilən növbədənkənar VII qurultayında qəbul edilib.
Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP-ın Qadınlar Şurasının sədri seçilib.
Qeyd edək i, bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.