SON DƏQİQƏ:

“Şuşa Vaqifin ürəyinin içi, toxunulmaz güşəsidir” - Tamam Bayatlı

  12451   |  
Şriftin ölçüsü  

“Vaqif müəllim aylardır ki, evdən çölə çıxmır. İmmuniteti çox aşağıdır, asanlıqla virusa yoluxa bilər”.

Bunu Azvison.az-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin vəziyyəti stabildir.

“Xüsusi bir irəliləyiş olmasa da, geriləmə də yoxdur. Koronavirusa görə heç yerə çıxmır, heç kimlə canlı kontaktda olmur. Türkiyəyə müayinələrə aparmaq üçün pandemiyanın bitməsini gözləyirik. Ürəyində iki stend var, başından əməliyyat olunub. Çox zəifdir, immuniteti aşağıdır, o, havadan asanlıqla yoluxa bilər. Virus əleyhinə peyvənd etdirmək istəyərdik, amma onun vəziyyəti ilə bağlı həkimin məsləhəti, nəzarəti olmadan edə bilmərik. Əks təsiri ola bilər. Türkiyədəki həkimlərdən onlayn məsləhətlər alırıq. Axrıncı dəfə qardaş ölkəyə gedəndə 6 aylıq dərman almışdıq. Həmin müddət bitəndən sonra müayinəyə getməliydik. Həkimlər nəticəyə əsasən dərmanlarını ya çoxaldacaqdı, ya da azaldacaqdı. Ancaq virusla bağlı gedə bilmədik. Azərbaycanda analizlər verib, nəticələrini Türkiyəyə göndərmişik. Həkim baxıb, vəziyyətinin qənaətbəxş olduğunu bildirdi".

Həyat yoldaşı şairin evdə darıxdığını söyləyib:

"Vaqif fəal adam olub, evdə çox darxır. Gənc yazarlar Fərid Hüseyn, Şəhriyar del Gerani və digər dostları telefonla zəng edib, onunla maraqlanırlar, yaradıcı söhbətlər edirlər. Təzə kitablarını oxuyub rəy bildirməsi üçün Vaqifə göndərirlər. Bu yaxınlarda gənclik dostu Akif İslamzadə təzə diskini yollamışdı. Şair qulaq asandan sonra çox təriflədi, müğənniyə zəng edib müzakirə etdilər.

Özünün də yaradıcılığı davam edir. Nə vaxt o fikir, duyğu yaranırsa, oturub yazır. Bu yaxınlarda Qarabağ zəfərimizlə bağlı gözəl bir şeir yazdı. Şəhriyar del Gerani dedi ki, şeirə klip çəkdirəcək. Qulu Ağsəsin kitabına ön söz yazır. Bir həftədir onunla məşğuldur. Həmin şeiri o kitabda da çap ounacaq”.

Şairin xanımı bildirib ki, həyat yoldaşı 44 günlük müharibə dövründə sevinc, həyəcan dolu hisslər keçirib.

“Vaqif Qarabağlıdır, Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. Qarabağa görə hamımız ağrı keçirirdik, amma onların ağrısı müqayisə oluna bilməz. Yoldaşım hər gün televiziyadan baş verənləri izləyirdi. Şəhidlərimiz haqında məlumat eşidəndə rəngi solurdu, dodaqları ağarırdı. Çox qorxurdu ki, nəsə baş verər. Gənc oğulların şəhid olmasına görə daxilində sarsıntı keçirirdi. Hər dəfə xəbərlərə baxanda gözüm üstündə olurdu ki, birdən nəsə olar.

Doğma kəndi azad olunanda çox sevindi. Dedi, görəsən evimiz dururmu? Qonşuları var, o kənd azad olunan kimi getdi və zəng etdi ki, Vaqif müəllim eviniz də, əkdiyin ağaclar da daha yoxdur. Yerində bir neçə ədəd nar kolu qalmışdı. Oradan Vaqif müəllimə nar gətirdi.

Şuşanın azad olduğu gün çox sevindi. O, Vaqif poeziya günlərində məqbərənin önündə şeir oxuyub. Şuşa Vaqifin ürəyinin içi, toxunulmaz güşəsidir. Şuşa haqqında onun şeiri də var. Hər dəfə o şeiri oxuyanda qəhərlənirəm, boğuluram”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK