adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 16:02
24060
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib, aktiv xəstə sayı 2 297 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908, ötən müddət ərzində isə ümumilikdə 2 583 362 test aparılıb.