adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 13:36
17028
MƏMLƏKƏT
A- A+

Bəs nə etməli? - Vilayət Quliyev yazır

Dünən Beynəlxalq ana dili günü idi.

Bu gün Mirzə Cəlilin doğum günüdür.

Biri-birini qəribə şəkildə tamamlayan günlərdir.

Mirzə Cəlil 100 il əvvəl "Anamın kitabı"nı yazmışdı.

"Anamın kitabı"nda ana dilinə xor baxan bir ailə təsvir olunur.

Biri rusca danışır.

Biri farsca danışır.

Biri Osmanlı türkcəsi ilə danışır.

"Ananın kitabı" -ana dili isə yalnız çoban-çoluğun ümidinə qalıb...

Bu ailə o dövrün Azərbaycanı idi.

Yüz il keçib, çox az şey dəyişib.

fb-də şəkillər paylaşırlar...

Biri şərhini rusca yazır.

Digəri ingiliscə yazır.

Üçüncüsü Anadolu türkcəsində yazır.

Arada bir-iki çoban-çoluq da öz dilimizdə.

Tam bir "Anamın kitabı" mənzərəsi.

Farsca yazanlar nədənsə bu cameəyə qoşulmurlar...

1990-cı ilin Qara Yanvarı bizi ayıltmadı.

Qarabağ savaşındakı qələbədən sonra dilinə, dəyərlərinə sahib çıxan, milli qürurla yaşayan qalib millət olmağı da bacarmırıq.

Bəs nə etməli?