adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2021 09:41
28409
ELM VƏ TƏHSİL
A- A+

Təhsil naziri: “Soyqırım qurbanlarını dərin hörmətlə anırıq”

“Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir”.

Bu sözləri Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində paylaşıb.

“Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. 

Allah rəhmət eləsin!”