SON DƏQİQƏ:

Sığorta ödənişlərinin həcmi iki dəfəyə qədər artıb

  14098   |  
Şriftin ölçüsü  

2021-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları və bu müddət ərzində edilmiş sığorta ödənişləri barədə məlumat verilib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, yanvar ayı ərzində könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 84 milyon 178,3 min manat həcmində, icbari sığorta növü üzrə isə 19 milyon 832,5 min manat sığorta haqqı yığılıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 7,7 faiz, icbari sığorta növü üzrə yığımlar isə 4,6 faiz azalıb.

Ötən ay ərzində könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 37 milyon 187,7 min manata qədər, icbari sığorta növü üzrə isə 19 milyon 653 min manata qədər sığorta ödənişi edilib.

2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 1,9 dəfə, icbari sığorta növü üzrə isə 2,6 dəfə çoxalıb.  

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK