adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Fevral 2021 13:53
36329
GÜNDƏM
A- A+

General: "Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur"

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib. Liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.

Adalet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib.

O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:

“Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub”.