SON DƏQİQƏ:

“Dolu”nun Pələngi ürəyini “Ədalət”ə açdı - VİDEO

  77798   |  
Şriftin ölçüsü  

“Şuşanın gözəlliyinə çatan bir yer yoxdur. Çox ölkələrdə olmuşam. Amma Şuşa kimi bir yer görməmişəm. Bir dəfə İsmayıllıya qonaq getmişdik. Meşədə yemək yeyirdik. Bir kişi orada qoyun otarırdı. Dəvət etdik, yanımıza gəldi, oturdu. Birinci pendiri götürdü. Sonra getdi və evindən bir boşqab pendir gətirdi. Onda söylədi ki, bu Kəlbəcər pendiri olmasa da, Kəlbəcərli insanın əlindən çıxıb. Soruşdum ki, dayı, Kəlbəcərlisən? Dedi, bəli. Onda söhbətləşdik və bir-birimizi tanıdıq. Mən deyəndə ki, Ağdamdanam, kişi əlini süfrədən çəkdi və fikrə getdi. Həmin dayının 55-60 aralığında yaşı olardı. Dedi ki, mən dünyanı görməmişəm, amma Ağdamı görmüşəm. Ağdam tamam başqa bir yerdir. Söylədi, Ağdam kimi şəhər olmaz, Kəlbəcər kimi dağ. O vaxt kövrəldik. Ağdamsız günlərdə yeyib-içmək belə mənim üçün xoş olmayıb. Ağdamın xarabalığına getmişdim. İnanın, Ağdamın xarabalığı da gözəldir. Tam səmimi deyirəm, Ağdama gedəndə qayıtmaq istəmirdim. Fikirləşdim ki, evmizin yerində bir çadır quraram, yaşayaram, bir az orada qalaram, bəlkə, toxtayaram. Bütün xəyalım, fikrim Ağdamla bağlıdır.

Torpaqlarımızın azad olunması heç kimin düşünmədiyi bir məsələ idi ki, həll olundu. Ömrümdə birinci dəfə idi ki, inanırdım ki, müharibə olacaq. Bunu bilirdim. Heç kim mənə heç nə deməmişdi. Hər kəsə deyirdim ki, hazırlaşın, ciddi müharibə olacaq və qələbə qazanacağıq. Çox adam mənə deyə bilmirdi ki, düz fikirləşmirsən. Hər kəsə söyləyirdim ki, Allah haqqı, müharibə olacaq. Elə dostlarım olurdu ki, mənə inanmırdı. Müharibə başlayanda həmin kəslərə zəng edib bir-bir dedim ki, gördünüz, müharibə oldu. Rayonlar alındıqca məni zəng edib təbrik edirdilər”.

Bu sözləri adalet.az saytına Qarabağ qazisi Elməddin Səfərov deyib:

“Noyabrın 6-sı yuxuda gördüm ki, Şuşanı almışıq. Ağdamda idik, hər tərəfdə döyüş gedirdi, 3 gün idi ki, yatmamışdım. Noyabrın 6-sı günü bir az yuxuladım, həmin gecə gördüm ki, Şuşadayam. Yuxuda görürəm ki, Cıdır düzünə doğru gedirəm. Ramiz Qəmbərovun qəbrinə doğru getmək istəyirəm. Cıdır düzünə dönəndə özlüyümdə dedim ki, burada Ağa dayı, Osman əmigilin evi var. Qoy bir onlara gedim. Həmid müəllimgilin evini isə dağılmış bir vəziyyətdə gördüm. Oradan Osman əmigilə getdim ki, Xəyalı da götürüm və Ramizin məzarına birlikdə gedək. Allaha and olsun, Şuşanı olduğu kimi görmüşdüm yuxuda. 3 gün sonra əsgərlərimiz oranı video ilə çəkib mənə göndərdilər. Necə görmüşdümsə, elə də videoda əks olunmuşdu.

Ermənilərlə dinc yaşamaq mümkün deyil. Ermənilər bizim ömrümüzü əlimizdən alıblar. Ermənilərin bu vaxta qədər etdikləri bəşəri vəhşilikdir. Onlar qəbirlərimizi dağıdıb orada taxıl əkiblər. Dünyada belə bir vəhşilik yoxdur. Hansı bir dövrdə belə vandal əməllər olub? Şeytan şeytandır, ölüdən əl çəkir. Bizim bütün tarixi irsimizi məhv ediblər. Onlarla necə birlikdə yaşamaq olar? Bu gün müharibə qurtarıb, amma bizim erməni kimi vəhşi qonşumuz var. Hələ onlar Dövlətə vurduqları ziyanı ödəməlidirlər.

Ağoğlanı tanımayan insanlar gedib Ağoğlanı aldılar. Hərb tarixində belə bir hal yoxdur. Allah Şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandan, Ordumuz, əsgərlərimiz sağ olsunlar, ki bizə bu qələbəni yaşatdılar. Növbəti qələbələrimiz də gələcək. Allah haqqı nahaqqa verməz!”

Rövşən Tahir

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-17
2021-04-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK