SON DƏQİQƏ:

"Məqsədim bütün şəhidlərimizin şəklini çəkməkdir" - MÜSAHİBƏ

  44637   |  
Şriftin ölçüsü  

Şəhidlərimizin portretini yaradan gənc rəssam Həmidə Babayeva Adaıet.az-a müsahibə verib.

- Həmidə xanım, sizi tanıyaq bir az. Başqa ixtisas üzrə tələbəsiniz, amma rəssamlıqla da məşğul olursunuz.

- Babayeva Həmidə. 18 yaşım var, pedaqoji kollecin 3-cü kurs tələbəsiyəm. İxtisasım "Korreksiya edici təlim"-dir. Rəssamlığa həvəsim və bacarığım olduğundan bu işlə məşğulam.

- Sosial şəbəkədə rəssam kimi İkinci Qarabağ savaşının şəhidlərini çəkməklə diqqət çəkmisiniz.

- Bəli. Bunu özümə mənəvi borc bilmişəm, edirəm, edəcəm də.

- Şəkilləri çəkib satırsınız, ya necə?

- Xeyr. Satmaq fikrim yoxdur. Çəkdikdən sonra ailələrinə, yaxınlarına hədiyyə edirəm. Belə bir şeyi sata bilmərəm. Başqa rəsmləri sifariş əsasında satıram digər rəssamlar kimi. Amma şəhidlərin rəsmlərini əsla. Bu yolla az da olsa yaralarına məlhəm olmaq istəyirəm.

- İndiyə kimi neçə şəhidimizin şəklini çəkmisiniz

- Artıq 200-ə qədər rəsm var, hədiyyə olunub.

- Deyəsən, bu rəsmlərin maddi xərcini də özünüz çəkirsiniz.

- Bəli. Tələbə təqaüdümlə edirəm. 70 manat təqaüd alıram, onu da rəsm ləvazimatlarına verib çəkirəm, çərçivəyə salıb verirəm.

- Bəs, çətin olmurmu maddiyyat məsələsi ?

- Çətin olmur deyəndə mən rahatam, dərdini çəkmirəm, ailəm də kömək olur, edirəm. Allah həmişə bir yol açır. Sanki şəhidlər də istəyirdi ki, mən onları çəkim, ona görə də problem olmur maddiyyat məsələsində də.

- Bir şəklə nə qədər məbləğ gedir? Həm də, bölgələrdə yaşayan şəhid ailələri bəs? Onların rəsmləri necə çatır?

- Məbləğ deməyim, düz anlaşılmaz. Ya yaxınları ilə əlaqə saxlayıb verirəm, ya da taksi ilə yola salıram, poçtla göndərirəm.

- Necə düşünürsünüz, davam edə biləcəksiniz? 3000-dən çox şəhidimiz var...

- Əlbəttə. Çünki mənim artıq onlara bir borcum var. Unutmayacam, bacardığım qədər unutdurmayacam. Məqsədim, bütün şəhidlərin rəsmlərini çəkməkdir. Allah özü kömək olsun, hamısını çəkəcəm də.

- Şəhidlərin şəklini çəkdiyinizə görə pul təklif edən olur heç? Yaxud da hansı da layihə kimi bir iş. İstər yaxınları olsun, istər başqaları.

- Layihə təklifi olmayıb, amma maddi dəstək təklifi olub ki, mən bu işi davam edim.

- Qəbul etmisiniz?

- Xeyr maddi yardım qəbul etməmişəm. Amma Xəzər Xəbərin çəklişindən sonra bir çox zənglər gəlmişdi, hamı maddi dəstək göstərmək istəyirdi, sadəcə, bir nəfər lazım olan ləvazimatları almışdı deyə, bir tək onu qəbul etdim.

- Müsahibə üçün də, gördüyünüz iş üçün də təşəkkür edirik.

- Buyurun, siz sağ olun. 

 

Orxan Saffari.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK