adalet.az header logo
  • Bakı 13°C
23 Yanvar 2021 22:36
48564
SAĞLAMLIQ
A- A+

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 600 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 600 790 nəfər yeni koronavirusa yoluxub, 15 846 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 96 877 399, ölənlərin isə 2 098 879 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.