SON DƏQİQƏ:

Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?

  129038   |  
Şriftin ölçüsü  

Bu gün Azərbaycanda avtomobil parkının yenilənməsi ilə bağlı utilizasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu proqramın əsas məqsədlərindən biri köhnə avtomobillərin ətraf mühitə vurduğu ziyanın qarşısını almaqdır. Bu baxımdan, ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması vacib əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Ərşad Hüseynov deyib ki, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşar:

“Elektrik avtomobilləri ilə bağlı ciddi gömrük güzəştləri var. Ancaq yaxşı olardı ki, gömrük ödənişləri müəyyən müddət ləğv edilsin. Hazırda elektrik avtomobillərə aksiz vergisi və əlavə dəyər vergisi tətbiq olunmur, amma 15 faizlik gömrük rüsumu tətbiq olunur, yaxşı olardı ki, heç, o da olmasın. Belə olan halda həmin avtomobillərin ölkəyə idxalı daha geniş vüsət alar”.

Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid və elektrik avtomobillər daha faydalıdır:

"Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid və elektrik avtomobillər isə ekoloji baxımdan çox faydalıdır. Hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK