adalet.az header logo
  • Bakı 19°C
19 Yanvar 2021 21:46
20092
SAĞLAMLIQ
A- A+

Yaponiyada rekord sayda quş qripinə yoluxma qeydə alınıb

Bu qış Yaponiyada qeydə alınan quş qripi epidemiyası öz miqyasına görə rekord sayıla bilər.

Bu barədə ölkə hökumətinin Baş katibi Katsunobu Kato məlumat verib.

Onun sözlərinə görə, ilk yoluxma halları 2020-ci ilin noyabr ayında Kaqava prefekturasında qeydə alınıb. Sonradan quş qripi daha 15 prefekturadakı 36 quş fabrikində aşkarlanıb və 6 milyondan çox quş tələf olub.

Baş katib qeyd edib ki, müəyyən olunmuş xəstəlik halları və məhv edilmiş quşların sayına görə builki göstəricilər ən yüksək sayıla bilər.