adalet.az header logo
  • Bakı 12°C
19 Yanvar 2021 20:15
33535
HADİSƏ
A- A+

Türkiyəli məşhur aktyor qəzaya düşdü

Türkiyəli məşhur aktyor Tolqahan Sayışman dostu ilə birlikdə qəzaya düşüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qəza aktyor İzmir şəhərindən qayıdarkən Yalova istiqamətində baş verib. Avtomobili idarə edən aktyorun dostu qarşıda qəzaya uğrayan avtomobillə toqquşmamaq üçün manevr etmək istədikdə avtomobil aşıb. Tolqahan Sayışman və dostu qəzadan ciddi xəsarət almayıblar.