adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Yanvar 2021 12:59
18167
MƏMLƏKƏT
A- A+

Etməyin, eləməyin, haqqa girməyin - Səxavət Məmməd yazır

Birinci Qarabağ müharibəsində kimi dindirirdin kəşfiyyatçı idi. İndi də, böyük hissəsi XTQ olub. Yaralananların böyük hissəsi də Şuşada yaralanıbmış. O gün biri iki jurnalisti inandırırdı ki, Şuşada yaralanmışam. Soruşdum, hansı qrupda olmusan, kimlərlə bir yerdə getmişdin? Əslində Hadrudun müdafiəsini təşkil edərkən yaralanıbmış.

Şuşa mənəvi dəyərdir. Qardaş, Füzulini, Cəbrayılı, Hadrudu, Xocavəndin bəzi kəndlərini işğaldan azad etmədən Şuşaya necə getmək olardı? Zəngilan, Qubadlı həmçinin. Ağdam, Ağdərə istiqamətinə işlər görülməsə qarşı tərəf qüvvəsini atardı qarşına axı. Bunun hamısı hesabdır. Mənə görə nəinki döyüşdə iştirak edən, o mərmi altında yemək bişirən əsgər də dəyərlidir.

Bir də, jurnalistlərimiz daha çox Şuşada döyüşən, Şuşada yaralanan axtarır. Ayrı-seçkilik də bu halların artmasına gətirib çıxarır. Bir XTQ-də xidmət edən zabitlə görüşüb, söhbətləşirdim. Deyir, o qədər bizim formada adam görürük ki, adam özündən şübhələnir.

Deyir, XTQ idim. Çəliminə baxırsan, XTQ-nin uşaqlarının daşıdığı yükü belinə vursan, hıqqınsa da, qaldıra bilməz, ancaq dili mən boyda.

Şuşaya girən qrupun sayı bəlli, istiqamətləri bəlli. Gopoloqların hamısı da bir şey əzbərləyib, texnikasız, bıçaq, tapança ilə döyüşürdük. XTQ nə vaxtdan texnika ilə hərəkət edən, döyüşən olub? Maarifləndirin məni.

Başa düşürəm diqqət görmək istəyirsiniz, çox gözəl, ancaq şişirtmə ilə, yalanla etməyin də bunu.

Müharibə bitəndən sonra prezidentin xarici mediaya verdiyi müsahibələrin hamısına diqqətlə baxdım. İlham Əliyevin qarşısına çıxan jurnalistlər daha çox Şuşadakı kilsənin vurulması sualları ilə sıxmağa çalışırdılar. Artilleriyaya haqsızlıq etmiş oluruq axı.

Etməyin, eləməyin, haqqa girməyin.