adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Yanvar 2021 20:45
24289
GÜNDƏM
A- A+

Ermənilər müharibə vaxtı Qarabağdan İrəvana silah daşıyıb - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan qaçaqmalçılıq yolu ilə ölkəyə xeyli sayda silah-sursat keçirən qrupu ifşa edib.

Bu barədə Ermənistan MTX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət planı İrəvan sakini tərəfindən hazırlanıb.

O, bir qrup şəxslə əlbir olaraq qanunsuz şəkildə əldə etdiyi avtomatları İrəvanda yerləşən mənzilinə aparıb.

Həmin şəxs əldə etdiyi silahları 500-600 ABŞ dollarına satmağa hazırlaşıb. Axtarış zamanı avtomatlar, güllələr və digər döyüş sursatları onun mənzilində aşkarlanıb.

Daha sonra Syünik vilayətinin Tex kəndində İrəvana qanunsuz daşınma və satış üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlar tapılıb. 

Ümumilikdə 43 “Kalaşnikov” avtomatı, 280 ədəd 7.62 mm-lik patron, 23 qutu 5.45 mm-lik patron, optik nişangahlar, bir ədəd qumbara və digər silah-sursat aşkarlanıb.