adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Yanvar 2021 15:54
19175
GÜNDƏM
A- A+

“Tanınmış şəxslər icazə almaqla hərbi formadan istifadə edə bilər” - MN rəsmisi

“Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.

Adalet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər.

Onun sözlərinə görə, bura həmçinin, tanınmış şəxslər də aiddir: “Hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər”.