Yaponiya necə nəhəng oldu?

EMİNQUEY AKİF
124540 | 2021-01-13 11:08

Yaponiyada bərpa dövrü adlanan "Meiji islahat dövrü" 1868-ci ildə başladı.

Həmin dövrdə qadının saçı onun namusunu təmsil edirdi. Laklanmış, taxta kimi sərtləndirilmiş klassik toppuz saç stilinə və ailə qurarkən dişlərini qaraldıb qaşlarını təmizləmək kimi adət-ənənələrə qadağa qoyuldu. Kişilərin qürur duyduğu samuray tipi toppuz saç da qadağan edildi.

Bu gün Yaponiyada heç kim “vay mənim namusum, vay mənim ənənəvi saçlarım” deyib ağlamır.

Qadının geyimində də islahatlar aparıldı. Göstərişsiz, qara rəngli, bədəni başdan-ayağa sarıyan, gəzməyi asanlaşdıran çağdaş kimono qəbul olundu. Ardınca avropalı qadınların geyimləri mənimsənildi. Eyni geyim islahatı kişilərin geyindiyi hakama üçün də tətbiq olundu.

Bəs yaxşı, bu qərarların qəbul olunduğu 150 il əvvəl mübahisələr olmadımı, üsyanlar olmadımı? Oldu, amma unudulub getdi.

Yaponiya buddistlərin müəllimlik etdiyi ənənəvi məktəbləri bağladı. İbtidai təhsili məcburi etdi. Danışıq-yazı dili fərqliliyinə son qoydu.

Fransadan hüquq sistemi, Almaniyadan mədəni qanunu aldı.

Ordu yeniləndi, məcburi əsgərlik qüvvəyə mindi.

Qərbin Qreqorian təqviminə keçid olundu. Qərb memarlığı mənimsənildi. Hətta paytaxt belə dəyişdirilib Tokio oldu.

Modern iqtisadiyyatı qurmaq, inkişaf etirmək üçün elm və texnologiyaya sərmayələr edildi.

Milli Bank quruldu. Dövlətin əliylə dəmir və polad fabrikləri açıldı. Mitsui, Mitsubishi, Sumitomo kimi özəl şirkətlərə dəstək verildi. Yeni pul vahidinə keçid olundu.

Xülasə, Yaponiya kapitalistləşmə dövrünə girdiyi dövrdə feodalizmlə, xanlıqla, torpaq ağalıqları ilə hesablaşdı.

Və dünya nəhəngi olmağı bacardı.

1895-ci ildə Çini, 1905-ci ildə isə Rusiyanı geridə qoydu.

Feodalizmi tövsiyyə edən Yaponiya dünyanın ən böyük iqtisadi güclərindən biri oldu.

Adam başına düşən gəlir bu gün 44 min 227 dollardır.

Dünyanın ən böyük 500 şirkətindən 54-nün mərkəzi Yaponiyadır.

Biz isə hələ də qadınların geyimlərini, insanların intim həyatını müzakirə edirik. Hələ də dəyişməyə, inkişaf etməyə, nəhənglərdən olmağa gecikirik...

 

Eminquey

TƏQVİM / ARXİV