"Sovetski"dəki 50-dən artıq binaya tarixi bina statusu veriləcək
"50-dən artıq binaya da tarixi bina statusu verilməsi nəzərdə tutulur".
Adalet.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.
“70-dən artıq tarixi bina mövcuddur. Son bir neçə ay ərzində "Sovetski" ərazisində müvafiq qurumlar tərəfindən köçürülmə, qorunma və s. işlər nəzərdə tutulub. Ərazidə bir çox binaların sökülməsi müvafiq qurumlar tərəfindən həyata keçirilib. Bu ərazidən 400-ə yaxın ailə köçürülüb. Proses davam edəcək”, - o bildirib.
Riad Qasımov həmçinin deyib ki, sözügedən ərazilərdə heç bir tarixi əhəmiyyət daşımayan bir çox binanın qəzalı və baxımsız vəziyyətdə olduğu müşahidə edilib: "Bu halda onların saxlanılması məqsədəuyğun sayılmır".
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

