Jelka Tsviyanoviç İlham Əliyevi təbrik etdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, cənab Prezident.
Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.
Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.
Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə izləyirik.
Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".
Digər Xəbərlər
06 Noyabr 2025 21:47
Pakistandan Azərbaycana Zəfər Günü jesti... - VİDEO
06 Noyabr 2025 21:34
Hikmət Hacıyev Con Alderdays ilə görüşdü
06 Noyabr 2025 14:24
Ülvi Quliyev seçicilərini qəbul edib - FOTOLAR
06 Noyabr 2025 13:53
TDT-nin veb-saytı bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib
06 Noyabr 2025 12:21
Prezidentdən Azərbaycan Ordusu ilə bağlı AÇIQLAMA
06 Noyabr 2025 12:15
İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - FOTOLAR
06 Noyabr 2025 12:11
“Şuşanın azad edilməsi hərb tarixinin unikal hadisəsidir”
06 Noyabr 2025 10:38


Bakı -°C

