adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2020 22:21
20015
DÜNYA
A- A+

Vətən müharibəsi şəhidləri ABŞ-da da anıldı

Azərbaycan Nyu York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu York şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Kult.az xəbər verir ki, Bruklində yerləşən Sultan Eyyub Məscidinə toplaşan soydaşlarımız torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri Ərcan Yerdələnli bildirib ki, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı xain hücumuna Azərbaycan Ordusu layiqli cavab verib: “Ölkə vətəndaşlarını və ərazisini müdafiə etmək məqsədilə uğurlu əks-hücum əməliyyatına başlayan Silahlı Qüvvələrimiz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib və 10 noyabr tarixli bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad olunub”.

Ə.Yerdələnli qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və daim onların xatirəsini uca tutacaq.

Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.