Bu gün Kəlbəcər haqqında yazmaq istədim. Dədə Şəmşirdən yazmaq istədim, Məmməd Aslandan, Sücaətdən yazmaq istədim. Uşaqlığımda, gəncliyimdə ayaqyalın gəzdiyim Dəlidağdan, Yüzbulaqdan, Ceyranbulağından, Gəlin Qayasından, ulu babalarımın üçünün məzarı olan o müqəddəs torpaqdan yazmaq istədim.
Ha fikirləşdim, gördüm ki, üç il bundan qabaq «Aşıq Şəmşir Dəlidağdan keçəndə» adlı yazımı təkrarlaya bilərəm. İndi dolduğum kimi o yazını yazanda da dolmuşdum. Onda ağrı-acıdan dolmuşdum, indi sevincdən.
Bir də ki Kəlbəcər haqqında ən gözəl əsəri Seyran Səxavətin sözü olmasın, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev yazdı da! Ondan gözəl yaza bilməyəcəyik ki!