adalet.az header logo
  • Bakı 12°C
25 Noyabr 2020 22:35
35165
İQTİSADİYYAT
A- A+

Bakıda velosiped və skuter icarəsi sistemi tətbiq oluna bilər

Bakı Nəqliyyat Agentliyinə (BNA) avtomobil, velosiped və skuter icarəsi xidmətlərinin (“Car-sharing”, “Bike-sharing” və “Scooter-sharing”) tətbiq olunması ilə bağlı təkliflər daxil olub.

“APA-Economics”in məlumatına görə, bunu “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən “Online Baku City Forum”da çıxış edən BNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, BNA tərəfindən velosiped və skuterlərin icarəsi xidmətlərinin tətbiq olunmasına daha çox diqqət ayrılır:

“Avtomobillərin icarəsi sisteminə gəldikdə, bu istiqamət hələ Avropada belə yeni tətbiq olunduğu üçün onun nə dərəcədə uğurlu sistem olduğu araşdırılmalıdır. “Bike-sharing” və “Scooter-sharing”lə bağlı hazırda beynəlxalq və yerli şirkətlərlə müzakirələr aparılıb. Təkliflər var, hazırda onlar dəyərləndirilir. Bu xidmətlərin tətbiqində əsas məsələ velosiped yollarının olmasıdır".

Velosiped və skuter icarəsi sistemi avtomatlaşdırılmış stansiyalardan birində velosipedi icarəyə götürməyə, səyahət edərək onu eyni şəhərdə yerləşən istənilən kirayə nöqtəsinə qaytarmağa imkan yaradır.