SON DƏQİQƏ:

Cavid Qurbanov: "Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi"

  15784   |  
Şriftin ölçüsü  

"Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən Müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun"

Əziz yurdaşlarım, bacılarım, qardaşlarım. Nəhayət ki, 27 il 7 aydan sonra Kəlbəcərimiz şərəfsiz, vandal, quldur düşmənlərimizdən təmizləndi. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram.

Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir! 

Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! Müzəffər Ordumuzun qələbəsidir! Həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir! Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Savaşında qızıl həriflərlə tarixi bir salnamə yazdı. Eşq olsun Müzəffər ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşAllah doğma yurdlarımızda sizlərlə görüşəcəyik, cənab Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik.

Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən Müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun.

Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Kəlbəcər bizə, biz də Kəlbəcərə qovuşduq.

Bayramımız mübarək olsun, əziz yurddaşlarım.

Kəlbəcər bizimdir!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

 

Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK