adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AQİL ABBAS: CANIM AY BEYNƏLXALQ İCTİMAİYYƏT, DƏDƏN… 

AQİL ABBAS
102397 | 2020-11-19 09:10

Qarabağlılar bu «dədən»dən sonra  çox maraqlı bir ifadə işlədirlər, amma mən  həmin ifadəni  yazmıram, eldən ayıbdı.

Ermənilər  alman faşistlərinin etmədiyi  cinayətləri Qarabağda  30 ildi edirlər. Şəhərləri, kəndləri  dağıdırlar, yandırırlar, meşələri  yandırırlar, tarixi abidələri  məhv edirlər. Biz də  həmişə yazırıq, deyirik, beynəlxalq ictimaiyyət hara  baxır? Mən də həmişə  yazıram, beynəlxalq  ictimaiyyət, beynəlxalq qanunlar, konvensiyalar, insan haqları və sair və ilaxır ermənilər   üçün yoxdu.

 

İndi gedən ayaqda da evləri-eşikləri  yandırırlar, meşələri yandırırlar,  məktəbləri yandırırlar, beynəlxalq ictimaiyyət də dilini  qoyub dinməz yerinə.

Beynəlxalq ictimaiyyətdən  heç nə gözləməyin. BMT-nin məlum  4 qətnaməsini 28 ildən sonra öz ordumuz, öz əsgərlərimiz, öz Ali  Baş  Komandanımız yerinə yetirdi. Və Qarabağ azad olundu!

İndi o dağılan evləri, o məktəbləri, o uşaq bağçalarını, o  ictimai binaları əvvəlkindən də gözəl tikəcəyik, əvvəlkindən də yaraşıqlı tikəcəyik.

Yandırılan meşələri yenidən salacağıq və şəhidlərimizin  ruhları  palıd olub, çinar olub, şümşad olub günəşə boylanacaq.

Necə ki hazırda Zəngilanda çinar  meşəsini yenidən  salırıq.

TƏQVİM / ARXİV