SON DƏQİQƏ:

Oxucunun piri, ziyarətgahı kitabxanalar... - Pərvanə Bayramqızı yazır

  43502   |  
Şriftin ölçüsü  

Bəşəriyyətin zaman-zaman əldə etdiyi uğurlu elmi-texniki nailiyyətlər sırasında informsiya texnologiyaları ilkin yeri tutur. İnformasiya əsrinə qədər də insanlar texniki kəşflər etmiş,  bir çox sahələrdə texnikanın inkişafı ilə əlaqədar əl əməyinin elektrik avadanlıqları vasitəsilə görülməsinə nail olmuşlar. Lakin informasiya texnologiyaları indiyəcən qazanılmış uğurlu hesab edilən bütün işləri öz əlverişliliyi ilə üstələdi. Dövrləri bir-birindən elmin, tərəqqinin inkişafı fərqləndirir. Bu baxımdan “XX əsr bəşəriyyətin sevə-sevə yaşadığı dövr hesab edilməlidir”, fikrini irəli sürmək olar, lakin sürətli texniki inkişafın bundan belə hansı heyrətamiz uğurlara nail olacağı təsəvvürü bizə qənaətimizdən tam əmin olmaq imkanı vermir. Təbii ki,  bu qədər inkişafa birdən-birə çatmaq mümkün olmayıb. Əldə edilən bütün kəşflərin xronoloji ardıcıllığına nəzər salmaq kitab üzərində asan olsa da zaman baxımından minilliklərlə ölçülür. Hər nailiyyətin bünövrəsi elmdir. O elmi insanlar beyinlərdən ayırıb qədim dövrün informasiya daşıyıcıları olan gil lövhələrə, papirus və perqamentə həkk ediblər. Gil lövhələrdən, perqamentdən üzübəri kitab müxtəlif formalarda olmuşdur. Kitabın yaranması onun qorunması üçün şəraitin yaradılmasını da zəruri edib. 1440-cı ildə İohan Qutenberq tərəfindən reallaşan kitab çapı beyin üçün ilk istiqamətverici işıqfordur. Hazırda informasiya tələbatçıya müxtəlif əşyaların  (disklərin və digər səssaxlayıcılarının) vasitəsilə çatdırılır. İnformasiyanı insanlar arasında yaymağa xidmət edən kitablar sənəd anlayışı kimi qəbul edilənə, rəqəmsallaşanacan tarixdə elmin, mədəniyyətin inkişafı yollarında müxtəlif proseslər baş vermişdir. Yazılıb toplanan vəsaitlər üçün mütləq saxlanc bir məkan olmalı idi, bunu da kitabxana formasında yaradıblar. Kitabxanaların yaranma tarixinin də Şumerlərə məxsus olduğunu öyrənmişik. (Bu mövzuda kifayət qədər dərsliklər olduğundan yeni bir fikir yazmaq mümkün deyil.) Kitabxanalar da mövcud olan bütün nəsnələr kimi inkişaf edib dəyişə-dəyişə bugünkü quruluşuna çatıb. Yaradılanların yenilənməsində maraqlı olan bəşəriyyət ənənəvi kitabxanalarda da innovasiyanı zəruri hesab etdi və buna da nail oldu. Belə uzun bir prosesi “bunu zaman tələb etdi”  kimi asan şəklində ifadə edə bilərik.  İnformasiyanı daha səmərəli qaydayla əldə etmək məqsədilə kitabxanaların elektronlaşdırılması həyata keçirildi. Yeni tipli cəmiyyətə inteqrasiya əhali üçün bəzən qəbuledilməz olur. Yeni texnologiyalar, yeni qaydalar çox zaman asanlıqla qəbul edilmir. Bu proses gənclər üçün əlverişli olsa da, adətən yaşlı nəsil tərəfindən mühafizəkarlıqla qarşılanır. Cəmiyyətdə baş verən bu proses oxucuların vasitəsilə kitabxanalara da sirayət edir. İnternet resurslarından istifadə gənclər üçün adi hal kimi qəbul edilsə də müəyyən yaş qrupundan olan oxucular mütaliənin ənənəvi formasını, kitab qoxusunu daha çox sevdiklərini söyləyirlər.

“Ənənəvi, ya elektron kitabxana?” mövzusu son illər ən çox müzakirə edilən mövzulardan biridir. Elmin, texnikanın inkişafı, elektron yaddaş, elektron baza kitabı və kitabxananı olduğu kimi əvəz edə bilməz. Doğrudur, bu gün dinləyici, oxucu olduğu məkanı tərk etmədən daha sürətli informasiya almaq istəyir, amma texniki problemlər bu tələbatı əngəlləyəndə yenə də ənənəvi kitabxanalar öz funksiyalarını yerinə yetirir. Mövzuya həsr edilmiş verilişlər, məqalələr saysızdır. Bu problem Qərb ölkələrində çoxdan həll olunub. Onlar üçün nə qədər təəccüblü görünsə də bizdə bu gün hələ də internetdən istifadə etmə imkanı olmayan insanlar var. Bir çox ailələrdə internet xətti olmadığından və yaxud ailə üzvləri yaşlı nəslin nümayəndələri olduğundan informasiyanı yalnız mətbuat, radio və televiziya vasitəsilə almaq imkanları var. Bu cür insanların elektron kitabxanadan istifadə etməsindən söhbət açmaq yersizdir.

Təhsilin və kitabxanaların vəziyyəti ürəkaçan olmadığı bir vaxtda əvvəlcə pandemiya, indi də müharibə onların hər ikisinin fəaliyyətinin dayandırılmasına səbəb oldu. İnformasiya əsrinin kitabxanaçıları pandemiya dövründə oxucularının diqqətini müxtəlif mövzuda hazırlanmış videoçarxlarla, elektron məlumatlarla çəkməyə başladılar. İnternet resurslarından istifadə etmək oxucuların işini asanlaşdırsa da, etiraf edək ki, ortaya bir sıra problemlər çıxdı. Bir oxucu kimi mənim də Milli Kitabxananın “Mətbuat zalı”ndan istifadə etməyim məhdudlaşdırıldı, başladığım işlərim yarımçıq qaldı. Mart ayından indiyədək səbirsizliklə kitabxanaların fəaliyyətinin bərpa edilməsini gözləyirəm. Beləcə xeyli sayda oxucular var ki, lazımi məlumatları elektron kitabxanada tapa bilmirlər.

Son aylarda karantin rejimi ləğv edilsə də kitabxanaların oxucu qəbulunda yenilik olmadı. Üstəlik tədris də onlayn rejimlə aparıldı. Dərsliklərin hamısını internet vasitəsilə əldə etmək olmur. Hazırda ölkədə yaşanılan çətinliklərdən ən böyüyü kimi məktəblərin və kitabxanaların fəaliyyətindəki iflici görürəm. Sentyabr ayının 27-dən  Ermənistanın ölkəmizlə müharibə şəraiti yaratmağı nəticəsində internetin verilməsində məhdudiyyətin qoyulması mövcud problemləri daha da dərinləşdi. Yaranmış boşluqların nə zaman, necə, nə ilə doldurulacağı hələ bəlli deyil. Hazırda hər bir vətəndaşı Qarabağın işğaldan azad olunması düşündürür. Unutmamalıyıq ki, vətənpərvər ruhun formalaşması da ailədən sonra məktəbin və kitabxananın öhdəsinə düşür. Elmi kitabxanalar təhsilin keşikçisidir, kütləvi kitabxanalarsa  milli ruhda vətəndaş yetişdirməklə məşğuldur. Kitabxanalarda keçirilən vətənpərvərik ruhunun təbliği yönündə hazırlanmış ədəbi-bədii tədbirlərin rolu danılmazdır. Bu gün nümayiş etdirilən birliyə, həmrəyliyə indiyəcən təşkil edilən ədəbi-bədii, kütləvi-mədəni  tədbirlərin, mətbuatın və təhsil müəssisələrinin  sayəsində nail olmuşuq. Kitabxanaların cəmiyyətin həyatında rolu əvəzsizdir.

Kitabxanaların da insanlar kimi taleyinə müharibə dəhşətlərinə şahidlik etmək, hətta faciə qurbanı olmaq yazılıb. M.F.Axundov adına Azərbaycan Dövlət Ümumi Kitabxanası 1941-1945-ci illərin müharibəsində 40 min oxucuya xidmət edib. Həmin illər ərzində oxuculara bir milyondan artq kitab, qəzet və jurnal verilib. Kitabxananın o dövrdə hərbi hospitallarda yaralı döyüşçülərlə apardığı iş təqdirəlayiq olmuşdur. Təəssüf ki, belə bir imkan bu gün pandemiya təhlükəsi ilə əlaqədar mümkün deyil.

Dağlıq Qarabağ və ona bitişik rayonlarda fondu 4.6 milyon olan  927 kitabxananın indi hansı vəziyyətdə olması barəsində düşünəndə elmə, təhsilə vurulan zərəri təyin edəcək xüsusi bir cihaz, mənəvi dünyamızda əmələ gələn zədəni təsvir edəcək ifadə tapmaq mümkün deyil.  Kitabxanadan istifadə etməyən xalqın gələcəyinə qaranlıq kölgə salar.

Pandemiya dövründə elektron kitabxana üçün qeydiyyatdan keçənlərin statistik göstəriciləri ilə tanış olmaq imkanımız yəqin ki, yaxın gələcəkdə olacaq. Kitabxanaların karantin müddəti ərzində dayandırılmış fəaliyyəti, ədəbiyyat problemi və digər mövzular haqqında mütəxəssislər məqalələr, monoqrafiyalar, dərsliklər hazırlayacaqlar. Bu müddət ərzində hansı çatışmazlıqların olduğunu təyin edib gələcəkdə onların aradan qaldırılması üçün tədbirlər görmək zəruridir. Görüləcək uğurlu işlər sırasında hər cür çətin şəraitdə əhaliyə xidmət göstərəcək kitabxana işinin də olacağına inanırıq. Kitabxanaların fəaliyyətinin bərpası ilə bağlı istəyimi bir neçə dəfə kiçik status şəklində sosial şəbəkələrdə paylaşmışam. Bu dəfə isə bunu təşəbbüs kimi irəli sürürəm. Çox istərdim ki, aidiyyatı qurumlar nəzərə alsın:

 – kitabxanaların fəaliyyətini də kafe və restoranların iş rejimi kimi bərpa etmək olar. Gün ərzində beş nəfər oxucu qəbul etməklə həm karantin qaydalarına əməl etmək, həm də kitabxanaları hərəkətə gətirmək mümkündür. On nəfərə kababxanaya getməyə icazə verilirsə, beş nəfər də kitabxanaya buraxılsın.

Qədim dövrlərdə mütəfəkkirlərin kitabxanaları öz zəhmətləri ilə necə inkişaf etdirdiklərinə, o kitabxanaların sayəsində kimlərin yetişdiyinə nəzər salanda   bu gün cəmiyyətin kitabxanasız qalmağının hansı fəsadları verəcəyini təsəvvür etmək çətin deyil. Aylarla yolunu bu məkana salmayanların fikirləri bu istiqamətdə əsas götürülə bilməz. Pirlər, ziyarətgahlar kimi kitabxanalar da müqəddəs yer hesab edilməlidir. Hər kəsin öz inancı var. Niyyətinin kitabxanaların sayəsində həyata keçəcəyinə inanan oxucunu bu məkandan uzaqlaşdırmaq onun inancına asi olmaq kimidir.

                                                                 

15.10.2020

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK