adalet.az header logo
  • Bakı 18°C
27 Oktyabr 2020 13:44
23031
GÜNDƏM
A- A+

Ermənistan sərhəd qoşunlarının itkiləri: 37 ölü, 243 yaralı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Dağlıq Qarabağ münaqişə zonasında itkiləri açıqlanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu müddət ərzində Sərhəd qoşunlarının 37 qullquçusu həlak olub.

Bundan başqa, 4 nəfər itkin düşüb, 243 nəfər isə yaralanıb.

Qeyd edək ki, sərhəd qoşunlarının komandanı Vaginak Sarkisyan ötən gün vəzifəsindən azad edilib.