SON DƏQİQƏ:

Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO

  16796   |  
Şriftin ölçüsü  

Milli Qəhrəman, Qubadlının ən cəsur övladlarından biri Əliyar Əliyevin ailə üzvlərinin sevinci ikiqat artıqdır.

Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova bildirir ki, o torpaqların azad edilməsi ilə Milli Qəhrəmanın qəbrinin üstünə tez-tez gedib gələ biləcək:

“Ən böyük arzumdur ki, onun qəbri orada qalsın, dağıtmasınlar. Gedib görə bilim”.

Əliyar Əliyev qızı Pərvanə Əliyeva isə qeyd edir ki, ilk işi atasının qəbrini ziyarət etmək olacaq:

“Bilmirəm, qəbri qalıb-qalmayıb. Bizim müqəddəs bildiklərimizi onların qoruyub-saxlayacaqlarına inanmıram. Amma ən azından biz onu orada buraxmışıq. Onun kimi generallarımız, hərbçilərimiz var.

Mais Bərxudarov onun yolunu gedir. Allah can sağlığı versin. Bir çıxışında qeyd edib ki, atamın şəhid olduğu “Tikanlı zəmi”yə qələbə bayrağını sancacaq. Biz onu ondan çox gözləyirik”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK