SON DƏQİQƏ:

UEFA rekordçuları açıqladı – "Qarabağ" da var

  15376   |  
Şriftin ölçüsü  

Avropa Liqasının qrup mərhələsinin startından sonra turnirin rekordçuları açıqlanıb.

Adalet.az xəbər verir ki, UEFA 2009/10 mövsümündən indiki formatda keçirilən turnirin qrup mərhələsinin müxtəlif göstəricilərdəki rekordçularını müəyyənləşdirib.

Azərbaycan çempionu “Qarabağ” da siyahıdan kənarda qalmayıb. Ağdam təmsilçisi qrupda ən çox çıxış edən klubların arasında yer alıb. UEFA 6 və daha çox mövsümdə qrupda mübarizə aparan komandaları fərqləndirib.

Altı klub 8, doqquz komanda 7 dəfə qrup mərhələsində qüvvəsini sınayıb. Bu “15-lik”dən geri qalan 10 kollektiv isə 6 dəfə bunu bacarıb. 6-cı dəfə qrupa düşən Qurban Qurbanovun yetirmələri də bu 10 komandadan biridir.

“Qarabağ” “Tottenhem”, həmçinin qardaş Türkiyənin rekordçusu “Beşiktaş”la eyni göstəriciyə malikdir. Azərbaycan çempionu postsovet məkanında 2-cidir. Keçmiş SSRİ komandalarından yalnız Kiyev “Dinamo”su Avropa Liqasının qrupuna daha çox düşüb.

Qeyd edək ki, “Qarabağ”ın 6-cı cəhdində qrupda rəqibi olan “Vilyarreal” 8-ci dəfə bu mərhələdə mübarizə apararaq rekorda şərikdir.

Qrupda ən çox mövsüm keçirənlər:

8 – “Latsio”, PAOK", PSV, “Rapid” Vyana", “Zalsburq”, “Vilyarreal"
7 – “Almaar”, “Seltik”, “Kopenhagen”, “Dinamo” Kiyev, “Styaua”, “Sparta”, “Sportinq”, “Standard”, “Yanq Boyz”
6 – “Anderlext”, “Atletik”, “Beşiktaş”, “Braqa”, “Brügge”, “Dinamo” Zaqreb, “Partizan”, “Qarabağ”, “Rusenborq”, “Tottenhem”.

* - cari mövsümdə qrupa düşənlər. (apasport.az)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK