adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Oktyabr 2020 12:15
83902
ƏDƏBİYYAT
A- A+

Emin Piri: SAĞ QALAN VARMI?!

Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.

hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.

soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
"qızım yatmamısan?”
sualına diksinib
"üşüyürəm, ana
odun atıram sobaya” …

Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu…
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!